Sevgi Cinayəti

Zülfiyyə Xanbabayeva

Bəlaya düşmüşəm, dərdim tapılmır
Bilmirəm nə edim, düzü çətindir
Sevsəm yanacağam, sevsəm yanacağam
Sevməsəm ömürlük cinayətimdir

Bəlaya düşmüşəm, dərdim tapılmır
Bilmirəm nə edim, düzü çətindir
Sevsəm yanacağam, sevsəm yanacağam
Sevməsəm ömürlük cinayətimdir
Cinayətimdir

Mən elə qatiləm, cəzam yaşamaq
Dərd çəkib, ömürlük alışam gərək
Qəlbim tər çiçək, saçlarım düm ağ
Bəxtikor dünyamla barışam gərək

Ya Rəbbim, bu həyat necə saxtadır
Yaxşıya, yamana eyni yer verir
Görən taledədir, yoxsa bəxtdədir?
Hamı yaxşıları yaman gec görür
Yaman gec görür

Mən elə qatiləm, cəzam yaşamaq
Dərd çəkib, ömürlük alışam gərək
Qəlbim tər çiçək, saçlarım düm ağ
Bəxtikor dünyamla barışam gərək

Mən elə qatiləm, cəzam yaşamaq
Dərd çəkib, ömürlük alışam gərək
Qəlbim tər çiçək, saçlarım düm ağ
Bəxtikor dünyamla barışam gərək

Cəzam yaşamaq
Barışam gərək
Qəlbim tər çiçək, saçlarım düm ağ
Bəxtikor dünyamla barışam gərək
Barışam gərək

Tracker

All lyrics are property and copyright of their owners. All lyrics provided for educational purposes only.